AZ EN RU

Süni havalandırma qurğularının zərərləri

İsti yay günlərində qapalı yerlərdə – evlərdə, iş yerlərində və başqa məkanlarda isti havalardan xilas olmaq üçün kondisioner kimi süni havalandırma qurğularından istifadə edirik. Bəs həmin havalandırma qurğularının həddindən artıq istifadə olunmasının verdiyi zərərlər və yaradacağı fəsadlar haqqında düşünmüsünüzmü?
Bəzi markalara sahib olan kondisionerlər isitmə və soyutma funksialarını özündə birləşdirir. Kondisionerlər bəzən ətrafda olan zərərli bakteriyaların təsir gücünü artıraraq tozlanma yolu ilə allergiya, asma və nəfəs yolu ilə çoxalan infeksiyaların yayılmasına səbəb ola bilər. Daxili orqanizimə vurduğu zərərlərlə yanaşı havadakı nəm faizini azaldaraq dərinin qurumasına, gözlərin qızarmasına və boğaz quruluğuna səbəb olur. 
Kondisioner havalandırması olan qapalı otaqlarda yaşanan ən böyük problemlərdən biri isti mühitdən birbaşa soyuq mühitə düşməyimizdir. Bu isə bədəndə olan temperator şokuna səbəb ola bilər. Bu problem ən çox yaşlı insanlarda və uşaqlarda baş verə bilər ki, bunun səbəbi immunitetlərinin nisbətən zəif olmasından asılıdır. Bədəndəki temperator birdən-birə dəyişdikdə immunitetdə daha da zəifləmə baş verir və ani qripə və boğaz ağrılarına səbəb ola bilir. 
Kondisionerlərin və digər havalandırma qurğularının verdiyi xəstəlikləri artıran ən başlıca səbəblərdən biri isə onların təmizliyinə vaxtı-vaxtında diqqət edilməməsidir. Həmin tozlar kondisioner işə düşdüyü zaman ağız yolu ilə orqanizmaya daxil olaraq müxtəlif xəstəliklərə də səbəb olur.
Bu cür qurğuların orqanizmə vurduğu zərərlərə yanaşı ekosistemə vurduğu zərələrlər də az deyil. 
Hətta əksər insanlar isti havalarda yay geyimləri ilə otaqları həddən artıq soyudur. Fəslin fərqi yoxdur. Qış aylarında necə diqqətlə soyuqdan qorunmağa çalışırıqsa, yay aylarında da eyni diqqətlə soyuqdan qorunaraq həddən artıq soyuq mühitdən uzaq durmalıyıq. Sərin başqa bir anlayış, soyuq isə tamamilə başqa bir anlayışdır. Bəzən bir saniyədə insan orqanizmasına dəyən fəsadlar 1 günə, 1 aya, hətta 1 ildən daha çox bir müddətə düzəlməyə bilər. Unutmayın dqqətli qalmaq həm də sağlam qalmaq deməkdir!

Rafiq TƏHMƏZ

Nəşr edilib : 25.06.2024 12:35