AZ EN RU

Sumqayıtda yerləşən yataqxanada yanğın baş verib

Sumqayıt tibb kollecinin həyətində yerləşən yataqxanada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Daxili işlər nazirliyinin mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları əraziyə cəlb edilib. Yanğınla əlaqədar əraziyə mühafizə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

Nəşr edilib : 18.01.2024 00:39