AZ EN RU

Sülhməramlıların avtomobil karvanının aksiya ərazisindən keçidi təmin olunub

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edir.

Laçından Xankəndiyə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus bir təminat və bir minik avtomobili aksiya ərazisindən maneəsiz keçib. Bundan əlavə, sülhməramlıların 29 təminat-təchizat, bir mətbuat və beş minik avtomobili Laçın istiqamətinə gedib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Nəşr edilib : 28.03.2023 12:24