AZ EN RU

Sülhməramlılar Xocalını tamamən tərk etdilər

Xocalı hava limanında Rusiya sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib.
"Şərq qapısı"nın Report-a istinadən məlumatına görə, mərasimdən sonra sülhməramlılara məxsus hərbi texnika bölgəni tərk edib.
Xatırladaq ki, aprelin 17-də Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin çıxarılmasına başlanılıb.
Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib.

Nəşr edilib : 11.06.2024 22:15