AZ EN RU

Stolüstü tennis yarışının qalibi məlum olub

    Yaşı 18-dən yuxarı olan həvəskar idmançılar arasında stolüstü tennis üzrə “Heydər Əliyev İli”nə həsr olunmuş muxtar respublika açıq birinciliyi keçirilib. İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışda onlayn qaydada qeydiyyatdan keçmiş idmançılar iştirak edib.
    İştirakçılar olimpiya sistemi üzrə mübarizə aparıb. Nəticələrə gəlincə, İlqar İbrahimov yarışı qalib kimi tamamlayıb. Elmar Süleymanlı ikinci, Sənan Məmmədov isə üçüncü olub. Gülayə Cəfərova qadınlar arasında birinci yerə layiq görülüb.
    Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışın sonunda ilk üç yerin sahibləri diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 21.06.2023 18:50