AZ EN RU

STEAM Təlim-Tədris Mərkəzinə şagird qəbuluna başlanılıb

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən  STEAM Təlim -Tədris Mərkəzinə 15 fevral 2024-cü il tarixdən şagird qəbuluna başlanılır.

STEAM Təlim-Tədris Mərkəzində fəaliyyət göstərəcək sahələr:

*Proqramlaşdırma
*Mühəndislik elektronika
*3D printer və 3D model hazırlama
*İstehsal-CNC lazer yaradıcılıq
*Vex Lego- Robototexnika
*STEAM Uşaq
*Dron texnologiyası
 Dərslər 19 fevral 2024-cü il tarixdə başlayacaq və hər bir sahə üzrə həftədə 2 dəfə saat 14:30- 16:30 arası olmaqla keçiriləcək.

Qəbul olunan şagirdlər mərkəzin mütəxəssisləri tərəfindən bacarıqları və maraqları nəzərə alınaraq müvafiq kabinələrdə təlimə başlayacaq.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 15.02.2024 10:58