AZ EN RU

STEAM kabinələrinə və “Texniki Servis Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə alınan avadanlıqların təqdimatı olub

    Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan nazir Rəhman Məmmədov bildirib ki, STEAM təhsilinin əhəmiyyəti nəzərə alınaraq əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə 2021-ci il 7 iyun tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  cənab Vasif Talıbov “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncamın icrası ilə bağlı hazırda Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılır.
    Çıxışda ümumtəhsil məktəblərinin 325-dən çox müəlliminə və pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrə STEAM metodologiyasına aid təlimlər keçirilməsi, STEAM tədris proqramı və tədris vəsaitləri hazırlanması barədə də məlumat verilib.

    Diqqətə çatdırılıb ki, bu günədək 56 təhsil  müəssisəsində  STEAM kabinələri yaradılıb. Əlavə 50 ümumtəhsil məktəbində isə STEAM kabinələrinin yaradılması istiqamətində işlər yekunlaşır. Təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, həmin məktəblərin STEAM kabinələri üçün yeni avadanlıqlar alınıb. Bu avadanlıqlar təhsil müəssisələrində yeni təhsil metodunun yüksək səviyyədə tətbiqinə geniş imkanlar açacaqdır. Layihənin icrası ümumtəhsil məktəblərində 22 mindən çox şagirdin STEAM təhsilindən yararlanmasına şərait yaradacaqdır.
    Rəhman Məmmədov STEAM kabinələrinin imkanlarından düzgün istifadə olunmasının, texnologiya dərslərinin STEAM kabinələrində tədrisinin diqqətdə saxlanılmasının, dərsləri tədris edən müəllimlərin mütəmadi olaraq öz üzərində işləmələrinin zəruriliyini vurğulayıb.

    Qeyd olunub ki, Ali Məclis Sədrinin qayğısı sayəsində bu gün muxtar respublikanın ümumtəhsil müəssisələrinin müasir texniki avadanlıqlarla təchizatı da diqqətdə saxlanılır. Elə bu məqsədlə də Təhsil Nazir­liyinin nəzdində təsis edilmiş “Texniki Servis Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə də ümumtəhsil məktəblərindəki elektron lövhə və kompüterlərə texniki dəstək göstərmək məqsədilə yeni avadanlıqlar alınıb.
    Təhsil naziri təhsilə göstərdiyi  qayğıya görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
    Sonra təhsil müəssisələrinin STEAM kabinələri və “Texniki Servis Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün alınmış avadanlıqlara baxış olub. 
    Təhsil Nazirliyinin Tədris-İnnovasiya sektorunun müdiri Murad Babayev məlumat verib ki, STEAM kabinələri müasir dizaynda mebel avadanlıqları və elektron lövhə ilə təchiz edilib. Bu gün isə həmin kabinələr üçün 50 ədəd 3D printer, 100 ədəd 3D çap materialı, 600-dən çox arduino proqramlama inkişafı və layihə dəsti, 50 grove alfa inkişaf dəsti, 250 günəş paneli, 250 mikrobit dəsti, 300 servo mühərrik, 100 ədəd 3D qələm, 50 elektron dövriyyə dəsti, 62 müxtəlif funksiyalı robot dəstləri, layihələrin hazır­lanmasında istifadə olunacaq 2000-dən çox elektron komponent və digər STEAM qurğuları, həmçinin 50 dəst emalatxana alətləri, layihələrin hazırlanması üçün xammal və tədris üçün lazımi materiallar alınıb. STEAM üzrə tədrisin təşkili məqsədilə məktəblərin dərsliklərlə təminatı da diqqətdə saxlanılıb, yeni yaradılan 50 STEAM kabinəsi “Robotexnika”, “Arduino tətbiqetmə kitabı”, “Robot layihələri”, “Robotexnikanın əsasları”, “İncəsənət: 3D modelləşdirmə”, “Mühəndislik: mikrobit layihələri” kitabları ilə təmin olunub.
    Eyni zamanda təhsil müəssisələrinin texniki avadanlıqlarla təminatı məqsədilə “Texniki Servis Mərkəzi” MMC-yə 8 notebook, 70 proyektor, 84 VGA, 24 USB printer və 10 internet kabeli, 10 HDMI kabeli, 42 CHİP, 29 lampa, 10 ram, 10 klaviatura, 5 batareya, 5 SD kart, 7 ana kart, 2 monitor, 12 elektron lövhə qələmi, 5 qulaqcıq, 10 HDMI converter, 10 VGA artırıcı, 10 mouse və digər kompüter hissələri, mərkəzə isə lehim və qaynaq aparatları, mikroskop, lupa eynəklər, dijital multimetrə, lehim sökmə pompası, HDD-DVD oxuducu və digər qurğular təhvil verilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 30.03.2022 21:24