AZ EN RU

Startupfest Naxçıvana gəlir!

Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “StartupFest Naxçıvan” proqramı üçün müraciətlərin qəbuluna başlayır.

Proqramın məqsədi yaşılenerji, kəndtəsərrüfatı, təhsil, dövlət sektorunda innovasiyalar istiqamətində startapların formalaşmasına təkan vermək, eləcə də Naxçıvanda potensial təşəbbüskarlar arasında startap üzrə sahibkarlığa marağı və dəstəyi stimullaşdırmaqdır. Proqram çərçivəsində iştirakçılar üçün təlimlər və akselerasiya proqramı keçiriləcək.

Xatırladaq ki, “StartupFest Naxçıvan”in Naxçıvan Muxtar Respublilkasındakı tərəfdaşı Naxçıvan Dövlət Universitetidir.

Startupfest Naxçıvan proqramına qoşulmaq üçün keçid: https://form.jotform.com/240882403430045

Müraciət üçün son tarix: 25 aprel, 18:00

 

Nəşr edilib : 11.04.2024 17:59