AZ EN RU

Sosial qayğıya ehtiyacı olan şəxslərin muxtar respublikaya növbəti səfəri təşkil edilib

    Bu günlərdə ölkəmizin digər regionlarından olan bir qrup sağlamlıq imkanları məhdud şəxsin və şəhid ailəsi üzvlərinin muxtar respublikaya səfəri təşkil olunub. Onlar burada yaradılan şəraitdən bəhrələnməklə, Naxçıvan Diaqnostika Müalicə Mərkəzində, Darıdağ Arsenli Su Müalicəxanasında və Duzdağ Fizioterapiya Mərkəzində müalicə alıb, istirahət ediblər. Əlavə olaraq səfər müddətində qonaqların muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına, o cümlədən Naxçıvan şəhərində yerləşən və Şərq memarlığı incilərindən biri olan Möminə xatın türbəsinə, Əcəmi seyrəngahında təşkil olunmuş açıq səma altında muzeyə ekskursiyası baş tutub. Ekskursiyanın davamında “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksi ziyarət olunub. Ziyarətin ardından “Sahil Parkı”nda qonaqlar üçün çay süfrəsi təşkil olunub.
    Qeyd edək ki, ölkəmizin digər bölgələrindən muxtar respublikaya bu kimi səfərlərin qarşıdakı dövr ərzində də davam etdirilməsi nəzərdə tutulub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 01.09.2022 20:18