AZ EN RU

Sosial qayğıya ehtiyacı olan ailələrə bayram sovqatları təqdim olunub

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Naxçıvan Taxıl Məhsulları” MMC tərəfindən könüllü gənclərin iştirakı ilə Naxçıvan şəhəri və Babək rayonundan sosial qayğıya ehtiyacı olan 12 ailə ilə evlərində görüş keçirilib. Keçirilən görüşlər zamanı onlara şirkət rəhbərliyinin bayram təbrikləri çatdırılıb, bayram sovqatları təqdim olunub və könüllülər tərəfindən uşaqlara müxtəlif hədiyyələr verilib. 
 Qeyd edək ki, şirkət tərəfindən bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Nəşr edilib : 02.01.2024 11:27