AZ EN RU

Sosial ödənişlər e-sistem üzərindən proaktiv qaydada aparılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ildən Naxçıvan Muxtar Respublikasında da sosial ödənişlərin e-sistemlər üzərindən proaktiv təyinatı mexanizmləri qurulub. Nəticədə həmin sosial ödənişlərə hüququ yaranmış şəxslərin müraciətinə və sənəd təqdim etməsinə ehtiyac qalmadan proaktiv qaydada bu ödənişlərin təyinatı həyata keçirilir. Muxtar Respublikada artıq 3,4 min nəfərə pensiya, müavinət və təqaüd təyinatı e-sistemlər üzərindən proaktiv qaydada aparılıb.

Nəşr edilib : 09.02.2024 17:18