AZ EN RU

Sosial işçilər Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində işə cəlb olunub

Bu gün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin məsul şəxslərinin iştirakı ilə tədbir keçirilib.

Tədbirin əsas məqsədi Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində texniki işlərə dəstək göstərilməsi məqsədilə işə cəlb olunan sosial işçilərin təlimatlandırılması olub. Sosial işçilərə görəcəkləri işlər barədə müvafiq istiqamətlər və tövsiyələr verilib.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova tərəfindən işinə ciddi yanaşan, özünü nümunəvi işçi kimi göstərən sosial işçilərin gələcəkdə daimi işlə təmin olunacağı da bildirilib.

Kənd Təsərrüfatı Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 24.05.2023 11:21