AZ EN RU

Son iki gündə Sədərək Gömrük Postunda TIR-ların keçidində yaranan sıxlığa aydınlıq gətirilib

Son iki gündə Sədərək Gömrük Postunda TIR-ların keçidində yaranan sıxlığa aydınlıq gətirilib.
Yaranan problemlə bağlı Naxçıvan Baş Gömrük İdarəsindən bildirilib ki, Sədərək Gömrük Postunda TIR-ların buraxılması ilə bağlı heç bir problem yoxdu: "Sadəcə Türkiyə ilə İran arasında sərhəd qapısında təmir-tikinti işləri gedir. Ona görə TIR-ların hamısı Sədərək Gömrük Postundan keçir və burada sıxlıq yaranıb. Hazırda Türkiyə tərəfdə TIR-lar üçün yalnız  bir keçid işləyir. Orada 250-dən çox TIR-mız var. Sədərək Gömrük Postunda TIR-ların buraxılması və gömrükdə hər hansı məsələ ilə bağlı problem yoxdu. Sadəcə qarşı tərəfdə problem həll olunan kimi TIR-lar həmişəki qaydada keçid məntəqəsindən buraxılacaq". 
Sədərək Gömrük Postu bayram günlərində də gücləndirilmiş iş rejimində çalışır.
Qeyd edək ki, hazırda yaranan problem nəticəsində gömrükdə sıxlıq yaranıb və iki ölkə arasında neytral zonada da TIR-lar gözləyir.

Nəşr edilib : 02.01.2024 19:44