AZ EN RU

Son iki ayda Naxçıvanda 5 ayrı sığorta şirkətinin filialı açılıb

Son iki ayda Naxçıvan Muxtar Respublikasında 5 ayrı sığorta şirkətinin filialı fəaliyyətə başlayıb.

Bu barədə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev media nümayəndələri ilə görüşdə deyib.

O qeyd edib ki, 2 ay əvvəl muxtar respublikada 1 sığorta şirkəti fəaliyyət göstərirdi.

“Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il toplanan sığorta haqlarında 59 faiz artım olub. Eyni zamanda, sığortaçıların sığorta olunanlara ödəmiş olduqları ödənişlərdə 85 faiz artım qeydə alınıb", - deyə E.Əliyev bildirib.

Nəşr edilib : 13.10.2023 13:03