AZ EN RU

Son bir ildə Azərbaycanda beş mindən çox zəhərlənmə olub

Son bir ildə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 5 min 548 nəfər qəbul edilib.

Nu barədə Kliniki Tibbi Mərkəzi (KTM) məlumat yayıb.

Bildirlib ki, bu da ötən dövrlə müqayisədə kifayət qədər yüksək rəqəm hesab edilir.

Məlumatda onlardan 500-nün uşaq, 2 min 20-sinin kişi, 3 min 28-nin qadın olduğu vurğulanıb:

"Pasiyentlərə zəruri tibbi yardım göstərilib, düzgün və vaxtında aparılan müayinə və müalicə proseslərindən sağalalıblar. Bunlar arasında dərmandan, sirkə turşusundan, dəm qazından zəhərlənmələri halları üstünlük təşkil edib", - deyə qeyd edilib.

Nəşr edilib : 24.05.2024 11:36