AZ EN RU

Son beş ayda əlilliyi olan 44 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin beş ayında əlilliyi olan 44 min şəxsə reabilitasiya xidmətləri göstərib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, onlardan 21,2 mini ambulator, 11,6 mini stasionar və icma əsaslı, digərləri səyyar və onlayn formada, sosial-psixoloji, habelə ippoterapiya istiqaməti üzrə reabilitasiya xidmətləri ilə təmin edilib.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında əlilliyi olan 6,9 min şəxsə 50,8 min reabilitasiya vasitəsi də verilib.

Nəşr edilib : 20.06.2024 15:57