AZ EN RU

Son 9 ayda Naxçıvanda yol qəzalarında ölən və yaralanan şəxslərin sayı açıqlanıb

Bu ilin doqquz ayı ərzində Naxçıvan Muxtar Respublikasında 56 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 24 nəfər həyatını itirib

Bunu Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polis İdarəsinin əməkdaşı, polis kapitanı Ayaz İsmayılov bildirib.

Onun sözlərinə görə, aparılan təbliğat işlərinə baxmayaraq, muxtar respublikada 9 ayda baş verən yol qəzaları nəticəsində 61 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Nəşr edilib : 29.11.2023 09:36