AZ EN RU

"Son 4 ildə sığorta bazarının həcmi 2 dəfə böyümüşdür"

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev deyib. O bildirib ki, ötən il sığorta ödənişlərinin həcmi tarixi rekord göstərmişdir: "Bu, 1 milyard 265 milyon manata çatmışdır. Sığorta olunan predmetlərin sayı artıq 7 milyondan çoxdur. Bu hər il böyüməkdə davam edir. Sığorta sektorunun verdiyi təminatın həcmi, sığorta məbləğinin həcmi artıq yarım trilyon manata çatır. Bunu il ərzində ÜDM müqayisə etsək 4-5 dəfə yüksəkdir. Ötən il ərzində sığorta sektoru tərəfindən həm sahibkarlara, həm əhaliyə dəyən zərərlərin ödənişi 600 milyon manata çatmışdır".

Nəşr edilib : 29.05.2024 14:05