AZ EN RU

SOCAR Upstream MMC-nin Naxçıvan turu uğurla yekunlaşıb

May ayının girməsi və əlamətdar günlər ərəfəsində Naxçıvana səfər edən turistlərin sayında xeyli artım müşahidə olunmaqdadır. SOCAR Upstream MMC-nin əməkdaşlarından ibarət 100 nəfərlik turist qrupu da doğma diyarımızdan zəngin təəssüratla qayıtmışlar. Üçgünlük tur zamanı neftçilər öncə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət etmiş və Heydər Əliyev Muzeyi ilə tanış olmuşlar. Naxçıvan şəhəri ilə tanış olan turistlər müqəddəs Əshabi-Kəhf ziyarətgahına, Əlincə qalasına səfər edib, Batabat yaylağında, Duzdağ Fizioterapiya Mərkəzində və Ordubadda olmuşlar. Turistlər Naxçıvanda gördüklərindən və buradakı qonaqpərvərlikdən razı qalmışlar.

Nəşr edilib : 11.05.2024 19:58