AZ EN RU

Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri ilə COP29-a hazırlıqla bağlı fikir mübadiləsi aparılıb

Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri çərçivəsində fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 17.07.2024 21:14