AZ EN RU

“Şirvan Araz zavodu” MMC-də istehsalat qəzası baş verib

Yanvarın 23-də Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus “Şirvan Araz zavodu” MMC-də texnoloji proses zamanı istehsalat qəzası baş verib.

MSN-dən verilən məlumata görə, qəza nəticəsində zavodun 2 əməkdaşı cızıqlarla müşayiət olunan yüngül xəsarət alıb.

İlkin tibbi yardım göstərilən yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Ambulator müalicə alan hər iki əməkdaş özlərini yaxşı hiss etdiklərini bildiriblər.

Nəşr edilib : 23.01.2024 16:25