AZ EN RU

Siqaret qaçaqmalçılığına cəhdin qarşısı alınıb

    Naxçıvan gömrükçüləri tərəfindən xeyli miqdarda tütün məmulatının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Belə ki, Culfa dövlət sərhədindən buraxılış məntəqəsindən keçməklə Naxçıvan Muxtar Respublikası ərazisinə gələn 99GN233 dövlət nömrə nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsi əsaslı şübhələr olduğundan gömrük yoxlamasına cəlb edilib. Nəqliyyat vasitəsinin kabinəsinin yoxlanması zamanı yataq yerinin altında xüsusi qaydada hazırlanmış gizli saxlanc yerindən 14000 ədəd (70 blok) “Milano” markalı aksizsiz siqaretlər aşkarlanıb.
    Faktla bağlı araşdırma aparılır.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 20.09.2022 19:59