AZ EN RU

Simonyan: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi yaxın günlərdə imzalana bilər

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi yaxın günlərdə imzalana bilər.

"Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

“Mən artıq demişəm ki, sülh müqaviləsi 5-10 gün ərzində imzalana bilər. Biz təkliflərimizi göndərmişik, bu, artıq 6-cı mübadilədir... Əgər Azərbaycan heç nəyi dəyişməsə, yeni təkliflər irəli sürməsə, sülh müqaviləsinin imzalanması bir neçə gün ərzində baş verə bilər”, - Simonyan bildirib. "Bəli, biz sülhə doğru irəliləyirik. Bizim münaqişədə olduğumuz və bunun həlli mümkün olmayan məsələ olduğu barədə iddialar mənim üçün qəbuledilməzdir. Tarix bir çox hadisələrə şahidlik edib: İngiltərə və Fransa 116 il vuruşub, bir-birini öldürüb. Və bu gün İngiltərə və Fransa ən yaxın müttəfiqlərdir”, - Simonyan qeyd edib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan eyni regiondadır və bütün problemləri həll etməlidir.

Nəşr edilib : 07.12.2023 14:21