AZ EN RU

Şimali Kipr Prezidenti parlamentlərarası işçi qrupun yaradılmasına görə Azərbaycan liderinə təşəkkür edib

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Milli Məclisdə Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması ilə bağlı rəsmi X hesabında paylaşım edib.

Prezident Ersin Tatarın paylaşımında Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması münasibətilə "Türk dünyası bizim ailəmizdir, Türk dünyası ilə əlaqələrimizi gücləndirməliyik", - deyən Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Nəşr edilib : 05.04.2024 15:16