AZ EN RU

Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirilib

24 iyun 2023-cü il tarixdə Ordubad rayon İcra Hakimiyyəti və Ordubad rayon Mədəniyyət şöbəsinin birgə təşkilatçılığı ilə Ordubad rayonunda “26 iyun Silahlı Qüvvələr Günü”nə həsr olunmuş  “ Heydər Əliyev və Azərbaycanda Ordu Quruculuğu” adlı tədbir keçirilmişdir. Tədbirdə şəhid ailələri, müharibə veteranları, əsgər və zabit heyəti, rayonun hüquq və mühafizə orqanları və digər bütün idarə və təşkilatların nümayəndələri iştirak etmişdir. 
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin, Akademik Zərifə xanım Əliyevanın, Azərbaycan Respublikası ərazi bütövlüyünün, konstitusiya quruluşunun və müstəqilliyinin qorunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Ordubad rayon İcra Hakimiyyəti başçısının müavini Rəşadət Orucov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsinin rəisi Vüqar Rəhimli, I Qarabağ müharibəsi əlili Raqib Baxşıyev, II Qarabağ müharibəsi əlili Sahil Hacıbəyli çıxış etmiş, Ulu Öndər Heydər Əliyevin qurub yaratdığı, Ali Baş Komandan İlham Əliyevin qətiyyətlə yürütdüyü Ordu siyasətinin bu günümüzdə olan dünya reallıqlarından, 44 günlük tarixi zəfərimizdən və  hərbi sahədəki yüksək inkişafdan bəhs olunmuşdur.
 Vənənd kənd tam orta məktəbin şagirdləri tərəfindən Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirilmişdir. 
 Tədbirin sonunda  "Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu"na aid sənədli film tədbir iştirakçılarına nümayiş etdirilmişdir

Nəşr edilib : 24.06.2023 19:59