AZ EN RU

Sığortanın növləri və əhəmiyyəti barədə maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində sığortanın növləri və əhəmiyyəti ilə bağlı maarifləndirici tədbir keçirilib.

Xidmətin əməkdaşları daşınmaz əmlakın icbari sığortası barədə məlumat veriblər. Qeyd olunub ki,  ki, Hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Bununla yanaşı, qanuna əsasən sökülməsi barədə qərar qəbul edilmiş, tikintisi başa çatmayan qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur. Yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısaqapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə, qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri sığorta hadisəsi hesab olunur. Belə hallar sığorta müqaviləsi bağlanmamışdan əvvəl yaşayış evinə dəymiş zərərlər və qanunda nəzərdə tutulmuş sığorta hadisələrindən başqa, yəni, sığortalının faydalanan şəxsin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər, sığortalanmış əmlakın təmiri, qrunt sularının səviyyəsinin dəyişməsi, suyun borularda və ya rezervuarlarda aşınma, şaxtavurma, yeyilmə, tədricən xarab olma, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axının baş verməsi kimi hallar hesab olunur və belə hadisələr nəticəsində daşınmaz əmlak sahibinə sığorta ödənişi verilmir.

Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləği Naxçıvan şəhərində 20 min, rayon və kəndlərdə 15 min manat məbləğində müəyyənləşdirilib.

Həmçinin Fiziki şəxslərə məxsus olan əmlakların sığortası və aqrar sığorta haqqında da geniş izah verilib. Xidmətin əməkdaşların Fərdi qəza sığorta barədə də danışıblar. Qeyd olunub ki, real həyatda elə gözlənilməz hadisələr baş verir ki, bunların nəticəsində şəxsin sağlamlığına ciddi zərər vuran xəsarətlər qaçılmaz olur. Bu da, öz növbəsində, zərərçəkmiş insana və onun ailəsinə kifayət qədər yüksək məbləğdə maddi zərər vurur. Bu baxımdan baş vermiş qəza hallarında xəsarət almış insanların sağalması üçün ehtiyac olan maddi məsrəflərin təmin olunmasında fərdi qəza sığortasının mühüm əhəmiyyəti vardır. Bu, eyni zamanda vətəndaşların sosial müdafiəsi də deməkdir.  Fərdi qəza sığortasının bir sıra üstünlükləri də vardır. Belə ki, istehsalatda bədbəxt hadisələrdən icbari sığorta yolu ilə sığortalanan şəxslərə yalnız iş vaxtı baş verə biləcək hadisələrdən təminat verilirsə, fərdi qəza sığortası olan insana onun harada olmasından və günün hansı saatından asılı olmayaraq baş vermiş gözlənilməz, bədbəxt hadisələrdən maddi təminat verilir. Bu isə hər bir insanın həyatı üçün vacib şərtdir. Çünki sığorta xidməti tərəfindən həyata keçirilən fərdi qəza sığortası bədbəxt hadisələr nəticəsində dəymiş xəsarətlərdən yaranan maddi zərərlərin əvəzini ödəməklə insanlara köməklik edir. İnsan həyatında sağlamlığın və əmək qabiliyyətinin itirilməsi ilə nəticələnən qəfil, gözlənilməz bədbəxt hadisələrə həmişə, hər yerdə rast gəlmə ehtimalı vardır. Sosial fəaliyyətlərin getdikcə daha çox artması, iqtisadi və mədəni həyatdakı sürətli dəyişikliklər, uzaq səfərlərə yollanma meyilləri belə ehtimalları daha da artırır. Vətəndaşlar fərdi qəza sığortası ilə sığorta olunduqda belə hadisələr baş verdikdə sığortaçı tərəfindən verilən sığorta ödənişlərini istifadə etməklə dəymiş zərəri qısa müddətdə bərpa edə bilərlər. Belə ki, insanın cansağlığının və əmək qabiliyyətinin itirilməsi ilə müşayiət olunan qəfil yanğın, partlayış, donma, suda boğulma, elektrik cərəyanı, ildırım, günvurma, vəhşi heyvanların hücumu, tənəffüs yollarına yad əşyanın düşməsi, zəhərli bitkilərdən kəskin zəhərlənmə, eləcə də maşın, mexanizm və alətlərdən istifadə zamanı ona dəymiş zərərə görə sığortalı vətəndaşın özü və ya ailəsi sığorta müqaviləsində göstərilmiş məbləğdə sığorta ödənişi ilə təmin olunur. Bu məbləğ fərdi qəza sığortası üzrə tarif dərəcəsi risklərin səviyyəsindən asılı olaraq 0,5 faizdən 2 faizə­dək həcmdə müəyyənləşdirilir.

Fiziki şəxslərə məxsus olan heyvanların sığortası və Avtomobil nəqliyyat vasitələrinin tam sığortası barədə də məlumatlar da tədbir iştirakçılarının diqqətinə çatdırılıb. 

Görüşdə iştirakçıları maraqlandıran suallar da cavablandırılıb, qeyd olunan sığorta növlərinə aid bukletlər paylanılıb.

Nəşr edilib : 12.05.2022 14:19