AZ EN RU

Sığorta hadisələri barədə məlumat verin

6 iyun 2022-ci il tarixdə Əsasən Ordubad rayonundə eyni zamanda muxtar respublikanın digər rayon və şəhərlərində hava şəraitinin kəskin dəyişməsi güclü külək müşayiət olunur.

Güclü külək fərdi evlərə və təsərrüfatlara ziyan vurub.
Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti publik hüquqi şəxsi və ölkədə dövlət dəstəyi ilə tətbiq edilən güzəştli aqrar sığorta mexanizmi heyvandarlıq təsərrüfatlarını və əkin sahələrini yuxarıda sadalanan bütün hallardan qoruyur.
Dolu, donvurma (şaxtavurma), normadan artıq qar yağıntıları, sel-subasma, leysan yağışları və sair risklər Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti publik hüquqi şəxsi və aqrar sığorta tərəfindən qarşılanır.

Daşınmaz əmlaklarını və təsərrüfatlarını sığorta edən vətəndaşları baş verən sığorta hadisələri barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti publik hüquqi şəxsinə vaxtında məlumat verməyə çağırırıq.

 Dövlət Sığorta Xidməti bildirir ki, bölgələrdən daxil olan müraciətlər müstəqil sığorta ekspertlərinin iştirakı ilə araşdırılır: “Ekspertlər hadisə ərazisinə baxış keçirir, hadisəni və onun nəticələrini qeydə alır, ilkin olaraq dəyən zərəri hesablayırlar. Araşdırmalar başa çatdıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta hadisələri üzrə ödənişlər həyata keçiriləcək”.

Hava şəraitinin pisləşməsi və sığorta hadisələri nəticəsində sığortalı vətəndaşlara və təsərrüfatlara dəyən zərər qarşılanacaq. Bunun üçün daşınmaz əmlaklara və təsərrüfatlara baxış keçirmək hadisə baş verdiyi təqdirdə Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti publik hüquqi şəxsinə məlumat vermək tələb olunur.

Ətraflı məlumat

505 (+99436) 550-55-66
(+99460) 200-42-12

Naxçıvan şəhəri C.Məmmədquluzadə 17

Nəşr edilib : 07.06.2022 15:35