AZ EN RU

Səyyar sərgi-satışlar davam etdirilir


    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən artıq 2 aydır ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublikada yerləşən turistik istirahət mərkəzlərində istedadlı qadınların əl işlərindən ibarət səyyar sərgi-satışlar təşkil edilir. Bu tədbirlərin davamı kimi ötən istirahət günü Ordubad rayonunda yerləşən “Dübəndi” ailəvi istirahət məkanında növbəti səyyar sərgi-satış təşkil olunmuşdur. 
    Sərgi-satışda sənətkarlıq nümunələri, o cümlədən bəzək əşyaları, toxuma, tikmə, dekorativ iş, muncuqla, gipslə, mislə, duzla hazırlanan əl işləri, taxta üzərində oyma, taxta üzərində yandırma, xalça, dekorativ, tikmə, sulu və yağlı boya ilə işlənmiş tablolar sərgilənmişdir. Sərgi-satışda 32 müəllifin 500-dən artıq əl işi sərgilənmiş, 7 müəllifin 222 manat dəyərində 46 əl işi satılmışdır. Qeyd edək ki, istirahət məkanlarında 12 dəfə səyyar sərgi-satış təşkil olunmuş, minlərlə sənətkarlıq nümunələri sərgilənmiş, ümumilikdə, 57 müəllifin 3921 manat dəyərində 535 əl işi satılmışdır.

    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
 mətbuat xidməti

Nəşr edilib : 25.07.2022 20:38