AZ EN RU

Səyyar qəbulu keçirilib

Mayın 16-da Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyevin vətəndaşlarla növbəti səyyar qəbulu keçirilib.
Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin binasında keçirilən qəbulda ilk öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
️Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev çıxış edərək bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması və qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasıdır.
Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti imüəssisə və təşkilat  rəhbərlərinə müvafiq tapşırıqlar verilib, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər nəzarətə götürülüb. 
️Vətəndaşlar onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Nəşr edilib : 17.05.2024 21:19