AZ EN RU

Şeyxülislam Allahşükür Paşazadə İranın ölkəmizdəki səfirliyində olub

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub.

QMİ-nin mətbuat xidmətindən bildiriblər ki, şeyxülislam İranın Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın, Təbrizin imamcüməsi Ayətullah Haşimin və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli şəkildə həlak olmaları ilə əlaqədar başsağlığı verib.

Allahşükür Paşazadə matəm kitabına ürək sözlərini yazıb.

Nəşr edilib : 21.05.2024 16:39