AZ EN RU

“Seysmoloji xəbərdarlıq sistemi” insan həyatı üçün xüsusi əhəmiyyət daşıyır

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi həyata keçirilir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təbii Ehtiyatlar İnstitutunun Geoekologiya və seysmologiya laboratoriyasının əməkdaşı Aytən Kərimova Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdləri Quliyev Rza və Sadiqli Uğur ilə birlikdə “Seysmoloji xəbərdarlıq mərkəzi” layihəsini hazırlayıblar. Elmi rəhbəri Aytən Kərimova olan layihə fizika, mühəndislik, kodlaşdırma, 3D çap bilik və bacarıqlarından istifadə edilərək hazırlanıb. Bu layihənin önəmi ondadır ki, zəlzələ baş verəndə üzərindəki buzzer vasitəsilə xəbərdarlıq siqnalı verilir, insan həyatı üçün xüsusi əhəmiyyət daşıyır.

Aytən müəllimə bildirir ki, zəlzələ elə bir təbiət hadisəsidir ki, ondan qaçış mümkün deyil. Hətta bu yaxınlarda qardaş Türkiyədə baş verən 7.6 və 7.8 maqnitudalı zəlzələlər nəticəsində 50.000-dən çox insan dünyaya gözlərini yumdu. Bizim yaşadığımız regionun sərhəd ərazilərində də güclü zəlzələ törədə bilən ocaqlar mövcuddur. Bu ocaqlarda baş verən zəlzələlər  Naxçıvan Muxtar Respublikasının bütün ərazisində güclü titrəyişlər yarada bilər. Hər kəsə məlumdur ki, zəlzələ birinci kiçik dalğalarla başlayır daha sonra getdikcə güclənir. Buna görə də biz bu kiçik dalğaları həssaslıqla yaxalayıb buzzer və led vasitəsilə xəbərdarlıq edən cihaz düzəltdik.  Ümid edirik ki, bu cihaz bu cür təbiət hadisələri baş verərkən insanların zəlzələ təkanlarının gücləndiyi  zamanı səmərəli istifadə etməsinə də köməklik göstərəcək. Layihənin həyata keçirilməsi zamanı Arduino uno quraşdırdığımız eloktron komponent olan Mpu 6050 3axis gyroscope sensor vasitəsilə təkanlar baş verən zaman titrəməni anlayıb buzzzer və led vasitəsilə bizə xəbər verir. Əlavə olaraq layihənin prototip versiyasında hissələrin hər biri  Sharp 3D proqramında dizayn edilib, Ultimaker Cura 3D printerində çapa hazır vəziyyətə gətirilib. Sonda hissələrin hər biri 3D printerdə çap olunub və birləşdirilib.

Layihənin əsas məqsədləri yeraltı təkanlar zamanı insanlar xəbərdarlıq etmək, yığcam olduğu üçün fərdi yaşayış evlərində asanlıqla istifadə etmək, bu layihəni daha da təkmilləşdirib yeni funksiyalar əlavə etmək və yaradılan bu yeni layihə vasitəsilə ölkəmizin iqtisadi göstəricilərinin yüksəlməsinə müsbət təsir göstərməkdən ibarətdir – deyə Aytən Kərimova əlavə etdi.

Nəşr edilib : 12.06.2023 17:24