AZ EN RU

"Şəxsi inkişaf və karyeranı qurmaq” mövzusunda maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi ilə bağlı "Təbliğat-100" layihəsi çərçivəsində "Şəxsi inkişaf və karyeranı qurmaq” mövzusunda maarifləndirici tədbir keçirilib.

5 aprel 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdikləri tədbir Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə baş tutub.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin sektor müdiri Aysel Məmmədova tədbirin yuxarı sinif şagirdləri, xüsusilə də gənc qızlar arasında təşkil olunmasının əhəmiyyətini qeyd edib.
Naxçıvan Muxtar Respublikasın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Firuzə Hüseynova təqdimatla çıxış edərək şəxsi inkişafın qızıl qaydaları və onun qazandırdığı keyfiyyətlər, karyera planlamalarında uğurlu addımlar atmanın yollarından danışıb. Karyeranın əsasən 4 mərhələdə formalaşdığını, daha çox inkişaf mərhələsində uğur qazanıldığını və karyera seçimi edərkən bacarıqlar, maraqlar və dəyərlərin olmasının vacibliyi vurğulanıb.
Dəyirmi masa ətrafında keçirilən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Nəşr edilib : 05.04.2024 17:14