AZ EN RU

"Şəxsi inkişaf və karyeranı qurmaq" mövzusunda maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yanvarın 26-da Zeynəddin kənd tam orta məktəbində “Şəxsi inkişaf və karyeranı qurmaq” mövzusunda maarifləndirici tədbir keçirilib.

Babək Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Şəfa Babayeva tədbiri açaraq, keçirilən tədbirin şagirdlər üçün əhəmiyyətindən bəhs edib.

Naxçıvan Muxtar Respublikasın Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova təqdimatla çıxış edərək qeyd edib ki, şəxsi inkişaf və karyera planlaşdırması hər bir vətəndaş üçün önəmli əhəmiyyət kəsb edən mövzudur. Hər bir kəs öz şəxsi inkişafları ilə bağlı analiz etmə bacarığını, öz şəxsi inkişaf yollarını aydınlaşdırmağı bacarmalı, özünün və peşə ilə bağlı ehtiyaclarını müəyyən edərək özünə uyğun kariyera qurmalıdır.

Firuzə Hüseynova bildirib ki, təhsil almaqda, müəyyən bir sənətin mütəxəssisi olmaqda ən əsas məqsədlərdən biri uğurlu karyera qurmaqdır. Karyera – işçinin iş həyatı müddətində izləyə biləcəyi vəzifələr toplusudur. Karyera seçimi edərkən diqqət edilməsi lazım olan əsas 3 meyar bacarıqlar, maraqlar və dəyərlərin olmasıdır. Karyera planlaşmasında addım-addım irəliləmək və gənclərin fərqli sahələrdə işləməklərinin daha məqsədyönlü olduğu vurğulanıb. Karyeranın əsasən 4 mərhələdə formalaşdığını və burda daha çox inkişaf mərhələsində uğur qazanıldığı bildirilib. Kariyera seçimi edərkən müxtəlif səbəblərin olduğu da vurğulanıb. Tədbirdə karyera məqsədlərinin müəyyən edilməsindən şəxsi baxış strategiyasının vacibliyindən, karyera məqsədlərinin müəyyən edilməsində əsas hansı mərhələlərin rol oynadığında və şəxslərin hansı amilə görə işləmək istədikləri haqqında ətraflı məlumat verilib.

Tədbir diskussiya xarakterli olub və iştirakçıların sualları cavablandırılıb.Tədbirdən 46 nəfər yararlanıb.

Nəşr edilib : 26.01.2024 18:45