AZ EN RU

“Şəxsi inkişaf və karyeranı qurmaq” mövzusunda maarifləndirici tədbir keçirilib

2023-cü il 13 oktyabr tarixində Naxçıvan  Tibb Kollecində “Şəxsi inkişaf və karyeranı qurmaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Naxçıvan Tibb Kollecinin direktoru Sona  Məmmədova tədbiri giriş sözü ilə açaraq, keçirilən tədbirin əhəmiyyətindən bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova slayd vasitəsi ilə çıxış edərək qeyd edib ki, şəxsi inkişaf və karyera planlaşdırması hər bir vətəndaş üçün  önəmli əhəmiyyət kəsb edən mövzudur.  Hər bir kəs öz şəxsi inkişafları ilə bağlı analiz etmə bacarığını, öz şəxsi inkişaf yollarını aydınlaşdırmağı bacarmalı, özünün və peşə ilə bağlı ehtiyaclarını müəyyən edərək özünə uyğun kariyera qurmalıdır.
F.Hüseynova bildirib ki, təhsil almaqda, müəyyən bir sənətin mütəxəssisi olmaqda ən əsas məqsədlərdən biri uğurlu karyera qurmaqdır. Karyera – işçinin iş həyatı müddətində izləyə biləcəyi vəzifələr toplusudur. Karyera seçimi edərkən diqqət edilməsi lazım olan əsas 3 meyar bacarıqlar, maraqlar və dəyərlərin olmasıdır.  Karyera  planlaşmasında addım-addım irəliləmək və gənclərin fərqli sahələrdə işləməklərinin daha məqsədyönlü olduğu vurğulanıb.  Karyeranın əsasən 4  mərhələdə formalaşdığını  və burda daha çox inkişaf mərhələsində uğur qazanıldığı bildirilib. Kariyera seçimi edərkən müxtəlif səbəblərin olduğu da vurğulanıb. Tədbirdə karyera məqsədlərinin müəyyən edilməsindən şəxsi baxış strategiyasının vacibliyindən,  karyera məqsədlərinin müəyyən edilməsində əsas hansı mərhələlərin rol oynadığında və şəxslərin  hansı amilə görə işləmək istədikləri haqqında ətraflı məlumat verilib.
Daha sonra Naxçıvan Tibb Kollecinin metodisti Səidə Şahverdiyeva mövzu ilə bağlı öz fikirlərini bildirib.
​Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.Tədbirdən 88 nəfər yararlanıb.

Nəşr edilib : 13.10.2023 19:02