AZ EN RU

“Şəxsi inkişaf və karyeranı qurmaq” mövzusunda maarifləndirici tədbir keçirilib

2023-cü il 22 sentyabr tarixində Naxçıvan Dövlət Texniki Kollecində “Şəxsi inkişaf və karyeranı qurmaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir Erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində, həmçinin lokal antiterror əməliyyatı zamanı həlak olan şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Naxçıvan Dövlət Texniki Kollecinin müəllimi Tehranə Məmmədova tədbiri giriş sözü ilə açaraq, keçirilən tədbirin əhəmiyyətindən bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova slayd vasitəsi ilə çıxış edərək qeyd edib ki, şəxsi inkişaf və karyera planlaşdırması hər bir vətəndaş üçün  önəmli əhəmiyyət kəsb edən mövzudur.  Hər bir kəs öz şəxsi inkişafları ilə bağlı analiz etmə bacarığını, öz şəxsi inkişaf yollarını aydınlaşdırmağı bacarmalı, özünün və peşə ilə bağlı ehtiyaclarını müəyyən edərək özünə uyğun kariyera qurmalıdır.
F.Hüseynova bildirib ki, təhsil almaqda, müəyyən bir sənətin mütəxəssisi olmaqda ən əsas məqsədlərdən biri uğurlu karyera qurmaqdır. Karyera – işçinin iş həyatı müddətində izləyə biləcəyi vəzifələr toplusudur. Karyera seçimi edərkən diqqət edilməsi lazım olan əsas 3 meyar bacarıqlar, maraqlar və dəyərlərin olmasıdır.  Karyera  planlaşmasında addım-addım irəliləmək və gənclərin fərqli sahələrdə işləməklərinin daha məqsədyönlü olduğu vurğulanıb.  Karyeranın əsasən 4  mərhələdə formalaşdığını  və burda daha çox inkişaf mərhələsində uğur qazanıldığı bildirilib. Kariyera seçimi edərkən müxtəlif səbəblərin olduğu da vurğulanıb. Tədbirdə karyera məqsədlərinin müəyyən edilməsindən şəxsi baxış strategiyasının vacibliyindən,  karyera məqsədlərinin müəyyən edilməsində əsas hansı mərhələlərin rol oynadığında və şəxslərin  hansı amilə görə işləmək istədikləri haqqında ətraflı məlumat verilib.
​Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.Tədbirdən 118 nəfər yararlanıb.

Naxçıvan Muxtar Respublikası

 Ailə, Qadın və Uşaq Problemləri

üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 22.09.2023 17:21