AZ EN RU

Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Mühafizəsi Baş Direktoratlığının rəhbəri Azərbaycan Dövlət Sərhəd Xidmətinin xidməti-döyüş fəaliyyəti ilə tanış olub

Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Mühafizəsi Baş Direktoratlığının rəhbəri general-mayor Məhəmməd Abdullah Həmdan Əl Şehrinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfəri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) struktur qurumlarının xidməti-döyüş fəaliyyəti, maddi-texniki bazaları ilə yaxından tanış ediliblər.

DSX-nin mətbuat mərkəzindən bildirilib ki, tərəflər arasında sərhəd təhlükəsizliyinin müvafiq istiqamətləri üzrə praktiki səviyyədə əməkdaşlıq fəaliyyətlərinin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması razılaşdırılıb.

Səfər müddətində qonaqlar Bakı şəhərində yerləşən tarixi-mədəni və memarlıq abidələrini ziyarət ediblər.

Yanvarın 24-də Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Mühafizəsinin nümayəndə heyətinin səfəri başa çatıb.

Nəşr edilib : 25.01.2023 11:37