AZ EN RU

ŞƏT-in müşahidəçilər missiyası Bakıya gələcək

Azərbaycanda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərini izləmək üçün Şanxay Əəməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçilər missiyası Bakıya gələcək.

"Şərq qapısı" təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, dəvət Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilib.
Müşahidəçilər missiyasına ŞƏT-in Baş katibi Çjan Min başçılıq edəcək.

Nəşr edilib : 24.01.2024 19:00