AZ EN RU

Şərurda yoldaşlıq görüşü

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Voleybol Federasiyasının təşkilatçılığı ilə voleybol üzrə yoldaşlıq görüşü keçirilib.
    Şərur Olimpiya İdman Kompleksində keçirilən görüşdə “Şərur” və “Ordubad” komandaları üz-üzə gəlib. “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında keçirilən yoldaşlıq görüşündə daha üstün oyun sərgiləyən Şərur təmsilçisi meydanı 3:1 hesablı qələbə ilə tərk edib.
    Sonda oyunçular mükafatlandırılıblar. 

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 23.02.2022 18:33