AZ EN RU

Şərurda yol-nəqliyyat hadisəsi olub, bir nəfər ölüb

Şərur rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Şərq qapısı" xəbər verir ki, qəza Naxçıvan - Sədərək magistralında qeydə alınıb. Hadisə nəticəsində, piyada Sədərək rayon Dəmirçi kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Xəyal Əsgər oğlu ölüb.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 27.06.2024 14:22