AZ EN RU

Şərurda TIR aşıb, İran vətəndaşı xəsarət alıb

Şərurda TIR aşıb.

Şərur rayonunun Xanlıqlar kəndi ərazisində İran vətəndaşı Omid Fathalizadehə məxsus 60 AA 251/60 AA252 nömrə nişanlı yük maşını aşıb. Hadisə nəticəsində sürücü yüngül xəsarətlər alıb.

Qəzaya səbəb sürücünün yuxulu olması göstərilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Nəşr edilib : 07.12.2023 10:38