AZ EN RU

Şərurda qəzaya düşənlər nişanlı olub

Gələn həftə toyları olacaqdı

"Şərq qapısı" xəbər verir ki, ötən gecə rayonun Aşağı Daşarx kəndində baş verən qəzada avtomobildə olan Rahib Ələkbərov və Şəfəq Məmmədova nişanlı olub. Hadisə nəticəsində Siyaqut kənd sakini, 1993-cü il təvəllüdlü Rahib Mahir oğlu Ələkbərov vəfat edib. Nişanlısı 1993-cü il təvəllüdlü, Aşağı Daşarx kənd sakini Şəfəq Vahid qızı Məmmədova isə xəsarət alıb.
Qeyd edək ki, gələn həftə cütlüyün toy məclisi olacaqdı.

Nəşr edilib : 26.06.2024 09:31