AZ EN RU

Şərurda qəza olub

Naxcivan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi baş verib.

"Şərq qapısı" xəbər verir ki, hadisə Şərur rayon Püsyan kənd ərazisində qeydə alınıb. Belə ki, 68-BC-470 dövlət nömrə nişanlı "VAZ21011" markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 13.04.2024 11:46