AZ EN RU

Şərurda ot bağlamalarında yanğın olub

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonunun Yengicə kəndində ot bağlamalarında yanğın baş verməsi barədə məlumat daxil olub.
"Şərq qapısı" xəbər verir ki, məlumatla əlaqədar Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Nəşr edilib : 28.05.2024 14:59