AZ EN RU

Sərurda məktəb direktoru işdən azad olunub

Şərur rayon Muğancıq- Mehrab kənd tam orta məktəbinin direktoru işində yol verdiyi  nöqsana görə vəzifəsindən azad olunub
Şərur rayon Təhsil Şöbəsi tərəfindən Muğancıq- Mehrab kənd tam orta məktəbində  aparılan yoxlamalar zamanı məktəbin direktoru Sinduz Cəfərovanın  fəaliyyəti dövründə  maliyyə pozuntusuna və  vəzifə səlahiyyətlərində   nöqsanlara yol verdiyi aşkarlanıb. 
Şərur rayon Təhsil Şöbəsinin təqdimatı əsasında  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin    müvafiq əmri ilə Sinduz Cəfərova Azərbaycan Respublikası Əmək Məcəlləsinin  70-ci maddəsinin “ç” bəndinə əsasən 15 mart 2024-cü il tarixində  vəzifəsindən azad olunub.  
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrində şəffaflığın təmin olunması məqsədilə aparılan  tədbirlər bundan sonra da  davam etdiriləcək.

Nəşr edilib : 18.03.2024 15:31