AZ EN RU

Şərurda Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra Şərur Rayon İcra Hakimiyyətinin başçısı  Kamal Cəfərov çıxış edərək, şəhid anaları başda olmaqla bütün Azərbaycan qadınlarını 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edib, can sağlığı və ailə səadəti  arzulayıb.
Qeyd olunub ki, qadınlarımız milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.
İctimai münasibətlərin formalaşmasında, yeni nəslin tərbiyəsində, ailənin təməlinin möhkəmliyində qadınların müstəsna rolu vardır. Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi olan bu nəsil 44 günlük Vətən müharibəsində ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin “dəmir yumruğ”u ətrafında sıx birləşərək rəşadəti ilə xalqımızın mübarizlik rəmzinə dönərək ümidləri tam doğrultmuşdur.
Qadınlar təbrik edildikdən sonra tədbir bədii hissə ilə davam edib.

Nəşr edilib : 08.03.2024 09:44