AZ EN RU

Şərur və Sədərək rayonlarında yanğınlar olub

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu Şəhriyar kəndində yardımçı tikilidə, Çomaxtur kəndində isə ot tayasında Sədərək rayonunda həyətyanı sahədə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.
Məlumatlarla əlaqədar Şərur və Sədərək Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahələrə yayılmasının qarşısı alınıb.

Nəşr edilib : 17.06.2024 18:45