AZ EN RU

Şərur və Babək şəhərlərində vergi ödəyicilərinə xidmət mərkəzlərinin tikintisinə başlanılıb

 

Müasir vergi inzibatçılığının formalaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikasında vergi ödəyicilərinə göstərilən xidmətlərin dairəsinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Sahibkarlar üçün vergi xidmətlərinin əlçatanlığının təmin olunması üçün Şərur və Babək şəhərlərində ən yeni avadanlıqlarla təchiz ediləcək müasir dizaynlı xidmət mərkəzlərinin tikintisinə başlanılıb. Bu mərkəzlərdə bölgədə fəaliyyət göstərən vergi ödəyicilərinə vergi sahəsində bütün xidmətlər təqdim ediləcək və onların vergi məsələlərinin həllinə dəstək göstəriləcək.

Qeyd edək ki, cari ilin may ayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində Naxçıvan şəhərində ilk belə xidmət mərkəzi sahibkarların və vətəndaşların istifadəsinə verilib.

Nəşr edilib : 20.10.2023 11:49