AZ EN RU

Şərur sakinindən "Kalaşnikov" markalı avtomat götürülüb

Şərur rayon sakinindən "Kalaşnikov" markalı avtomat götürülüb.

Şərur Rayonu Aşağı Yaycı kənd sakini, 1960-cı il təvəllüdlü Zeynalov Səyyub Əziz oğlundan odlu silah götürülüb. Onun həmin silahı Şərur rayonunun Şahbulaq kəndi ərazisində dağlıq ərazidə saxladığı müəyyən edilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Nəşr edilib : 16.12.2023 15:56