AZ EN RU

Şərur rayonunun Tənənəm kəndində telekommunikasiya şəbəkəsi yenidən qurulur

    Yaşayış məntəqələrində aparılan genişmiqyaslı abadlıq-quruculuq tədbirləri çərçivəsində müasir rabitə infrastrukturu yaradılır, yeni avadanlıqlar quraşdırılmaqla xidmətlərin səviyyəsi yüksəldilir. Quruculuq tədbirləri Şərur rayonunun Tənənəm kəndini də əhatə edib. Hazırda kənddə telekommunikasiya şəbəkəsi yenidən qurulur.
    Yenidənqurma işləri çərçivəsində rabitə xətt təsərrüfatında əsaslı təmir işləri aparılır, köhnə taxta rabitə dirəkləri çıxarılaraq yeni metal dirəklərlə əvəz olunur, müxtəlif tutumlu yararsız kabellər dəyişdirilir. Təmir işləri zamanı 1 ədəd telefon paylayıcı şkafın yerinin dəyişdirilməsi, 30 ədəd abonent qutusunun, 1500 metrə yaxın fiber-optik xətlər və müxtəliftutumlu hava və yeraltı kabellərin istifadəsi nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin
mətbuat xidməti

Nəşr edilib : 01.09.2023 12:47