AZ EN RU

Şərur rayonunda vətəndaş qəbulu keçirilib - FOTOLAR

Yanvarın 26-da Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov Şərur rayonunda Şərur və Sədərək rayonlarından olan vətəndaşları qəbul edib. 

Şərur rayon Təhsil Şöbəsinin inzibati binasında keçirilən qəbulda hər iki rayondan ümumilikdə 20-ə yaxın vətəndaş iştirak edib.      

Qəbulda sakinlər tərəfindən ünvanlanan bəzi suallar cavablandırılmış, müraciətlərin bir qismi araşdırılması üçün nəzarətə götürülmüş, digər müraciətlər isə yerindəcə həll edilmişdir.

Nəşr edilib : 26.01.2024 21:16